
Qəzzaya hücumlarını davam etdirəcəklərini deyən İsrail Baş naziri Netanyahu, “Aralıq dənizi sahillərində bir neçə kilometr uzaqlıqda xilafətin qurulmasına icazə verməyəcəyik” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Yaffa şəhərində keçirilən anım mərasimində çıxış edib.
Qəzzada hələ çox işlərinin olduğunu iddia edən İsrail baş naziri, “Nə üçün mübarizə apardığımızı bilirik, kiminlə mübarizə apardığımızı bilirik, Aralıq dənizi sahilində bir neçə kilometr uzaqlıqda xilafət qurulmasına icazə verməyəcəyik” deyib.
Netanyahu deyib ki, onlar İsrailin mövcudluğunu davam etdirmək üçün “missiyanı tamamlamalıdırlar”.
Qəzza zolağına hücumlarını davam etdirəcəklərini ifadə edən Netanyahu, “Həması məhv edəcəklərini, İsrailli məhbusları geri qaytaracaqlarını və Qəzzadan İsrailə yeni təhlükənin qarşısını alacaqlarını” müdafiə edib.
Netanyahu Yaxın Şərqin simasını dəyişdiklərini iddia edərək, Qəzza, Livan və Suriyada “İran oxuna böyük zərbə vurduqlarını” bəyan edib.
ABŞ ilə birlikdə Yəməndə husilərə qarşı hücumlar həyata keçirdiklərini xatırladan Netanyahu, İsrailin daxili siyasətindəki müzakirələrə də toxunaraq, “İsraildə vətəndaş müharibəsi olmayacaq” deyib.
Orxan