
Kremlin sözçüsü Peskov Zelenskinin mülki infrastruktura hücum etməməklə qarşılıq vermək təklifini nəzərdən keçirməyə açıq olduqlarını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin mülki infrastruktura hücumları qarşılıqlı dayandırmağa çağırışından danışan Peskov, Rusiyanın bu təklifi nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Bunun Rusiya prezidenti Vladimir Putinin müzakirə etməyə hazır olduğu mürəkkəb məsələ olduğunu bildirən Kreml sözçüsü jurnalistlərə açıqlamasında hazırda Rusiya ilə Ukrayna arasında mümkün danışıqlar üçün konkret planların olmadığını bildirib.
Zelenski 21 aprel bazar ertəsi verdiyi açıqlamada Ukraynanın mülki obyektlərə hücumlara son qoymaq üçün hər cür danışıqlara və müzakirələrə açıq olduğunu bildirib.
“Ukrayna ən azı mülki hədəflərə zərbə endirməməyi təklif etməkdə davam edir. Biz Moskvadan dəqiq cavab gözləyirik. Buna necə nail ola biləcəyimizi danışmağa hazırıq”, – Zelenski bildirib.
Orxan