Baydeni sonradan qoydular - Pasxa ailəsi fotoşəklində "Photoshop" - FOTO

  • By Günel
  • 22 Aprel 2025 10:25

ABŞnin keçmiş prezidenti Co Bayden və ailəsinin Pasxa bayramı fotosu internetdə spekulyasiyalara səbəb olub. Baydenin daha sonra fotoşopla çəkildiyi iddia edilib. Sosial şəbəkələrdə fotoya şərhlər yağdırılıb.

Gununsesi.info Milliyet.com.tr-yə istinadən xəbər verir ki, keçmiş prezident Co Bayden Demokratlar noyabrda məğlub olduqdan sonra ortalıqda görünmürdü, ancaq o, keçən həftə Çikaqoda sosial təminatla bağlı prezidentlikdən sonrakı ilk çıxışını edib.

Bu dəfə isə Bayden “X” sosial media hesabında Pasxa bayramı üçün ailəsi ilə çəkdirdiyi şəkli paylaşıb.

Tezliklə fotonun real olmadığı iddia edilib. Şəkildə Baydenin mavi kostyum geyinərək yuxarı pillədə oturduğu göstərilib, lakin sosial media istifadəçiləri Baydenin həqiqətən orada olub-olmamasına şübhə ediblər. “X” istifadəçiləri Baydenin qəribə əl yerləşdirməsinin və üzündəki işıqlandırmanın qəribə olduğunu söyləyib. Keçmiş birinci xanım Cil Baydenin saçlarının da ərinin kostyumunun sağ tərəfində dəyişdirildiyi görünür ki, bu da narahatlıqları daha da artırıb.

Bidenı sonradan koydular Paskalya aile fotoğrafında photoshop krizi
Günel Həsənova