Suriyada İslam Cihadının iki yüksək vəzifəli şəxsi saxlanılıb

  • By Admin2
  • 22 Aprel 2025 17:04

İslami Cihadın silahlı qanadı iki yüksək rütbəli şəxs Xalid Xalid və Yasir əl-Zəfərinin son beş gündür Suriyada saxlanıldığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İslami Cihadın hərbi qanadı olan Əl-Qüds Briqadaları Suriyada İslami Cihadın iki yüksək vəzifəli şəxsinin saxlanıldığını açıqlayıb.

“Qüds Briqadaları” məsələ ilə bağlı yaydığı açıqlamada “İslami Cihad”ın Suriyadakı əməliyyatlarına rəhbərlik edən Xalid Xalidin və təşkilat komitəsinə rəhbərlik edən Yasir əl-Zəfərinin Suriyada 5 gündür ki, saxlanıldığını bildirib. 

Qüds Briqadalarının açıqlamasında iki şəxsin saxlanmasının “səbəbləri ilə bağlı heç bir izahat verilmədən” və “qardaşlarından görməyi gözləmədikləri şəkildə” həyata keçirildiyi bildirilib.

Reuters xəbər agentliyinin məlumatına görə, Suriya Daxili İşlər Nazirliyinin rəsmisi saxlanılma xəbərini təsdiqləsə də, onların nə üçün saxlandığına dair sualları cavablandırmayıb. Suriyanın paytaxtı Dəməşqdəki fələstinli mənbə də həbslər xəbərini təsdiqləyib.

Orxan

Gununsesi.info