İsrail ordusu Qəzza və Livana hücum edib: 23 ölü

  • By Admin2
  • 22 Aprel 2025 13:46

İsrail ordusu Qəzza və Livanda atəşkəs razılaşmasını pozaraq, ən azı 23 nəfərin ölümünə səbəb olan hücumlarını bərpa edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağına və daha əvvəl atəşkəsin razılaşdırıldığı Livana hücumlarını davam etdirir.

İsrailin gecə saatlarında Qəzza zolağının müxtəlif şəhərlərinə təşkil etdiyi hücumlarda ən azı 22 fələstinli həyatını itirib.

İsrail ordusunun Livanın cənubunda bir avtomobilə endirdiyi hava hücumunda bir nəfərin öldüyü bildirilir.

Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri gecə saatlarında Qəzza zolağının cənubunda Xan Yunis, şimalda Qəzzanı və Deyr əl-Bəlahın mərkəzi hissəsini hədəf alıb.

Yunusun mərkəzinin Es-Sikke bölgəsində bir evə edilən hücumda ikisi uşaq olmaqla 11 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Xan Yunisin Əl-Kətibe məhəlləsinə artilleriya hücumu nəticəsində yaralananlar olub.

Orxan

Gununsesi.info