Çevriliş cəhdinin qarşısı alınıb

  • By Admin2
  • 22 Aprel 2025 15:38

Burkina Fasonun təhlükəsizlik naziri Fil Dişi Sahilində yerləşən dövlət çevrilişi cəhdinin qarşısının alındığını bildirib. İddialara görə, onların məqsədi prezident sarayına hücum etmək olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi Burkina Fasoda hərbi hökumət xunta lideri İbrahim Traoreni devirmək üçün edilən çevriliş planının qarşısının alındığını açıqlayıb. Təhlükəsizlik naziri Mahamadou Sana çevriliş edənlərin qonşu Fil Dişi Sahilində olduğunu iddia edib.

BBC-nin məlumatına görə, Səna məsələ ilə bağlı açıqlamasında dövlət çevrilişinə cəhdə “terror liderləri” ilə işləyən keçmiş və indiki əsgərlərin rəhbərlik etdiyini bildirib. Nazir Sənanın iddiasına görə, bu şəxslər ötən həftə prezident sarayına hücum etməyi planlaşdırıblar. Bazar ertəsi, aprelin 21-də dövlət televiziyasında danışan Sana, planın məqsədinin “tam xaos yaratmaq və ölkənin beynəlxalq təşkilatın nəzarəti altına alınmasını təmin etmək” olduğunu iddia etdi.

Orxan

Gununsesi.info