
Çinin Hunan əyalətində qayıq qəzası baş verib. Qəza nəticəsində 6 nəfərin öldüyü bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çinin Hunan əyalətinin Pingjiang qraflığında dünən baş verən qayıq qəzasında 6 nəfər həyatını itirib.
Səlahiyyətlilər dünən yerli vaxtla saat 17:30 radələrində Pingjiang əyalətinin Doutang kəndində 6 nəfərin olduğu kiçik qayığın naməlum səbəbdən çevrildiyini bildirib.
Hadisə yerinə sövq edilən axtarış-xilasetmə qrupları çayda 6 nəfərin cansız cəsədini aşkarlayıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Orxan