Argentinada da oyunlar təxirə salındı

  • By Admin2
  • 21 Aprel 2025 21:38

Argentina çempionatının 14-cü turunun 3 oyunu Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Həmin matçlar “Tiqre”- “Belqrano”, “Argentinos Xuniors” – “Barrakas Sentral” və “İdependent Rivadavia” – “Aldosivi” görüşləridir.

Qeyd olunan oyunlar aprelin 22-də keçirilməli idi. Matçların nə vaxt baş tutacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, İtaliya A seriyasında da bu gün oynanılmalı olan 4 matç Roma Papasının ölümü ilə əlaqədar təxirə salınıb.

Gununsesi.info