“Cəhənnəm Mələkləri”nin üzvü Almaniyada gündəm oldu

  • By Admin2
  • 22 Aprel 2025 13:25

Almaniyada fırıldaqçılıqla məşğul olan Türkiyədə “Cəhənnəm mələkləri” dəstəsinin üzvü Əli Erdi A.-nın 11 il əvvəl Berlində törətdiyi qətlin təfərrüatları məlum olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, telefon fırıldaqçılığı ilə 122 milyon lirə qazanc əldə etdikləri müəyyən edilən və alman orqanlarının şikayəti əsasında Türkiyədə saxlanılan şübhəlilər haqqında məlumatlar da Almaniya mətbuatında geniş yer alıb.

Bild qəzeti Türkiyə əməliyyatını və 11 il əvvəl Almaniyada “Cəhənnəm Mələkləri” adlı qrupun üzvü olan şübhəlinin əli olduğu qətli araşdırıb. 

Qəzetin yazdığına görə, sui-qəsd qrupu 2014-cü il yanvarın 10-da Almaniyanın paytaxtı Berlində “Expekt” adlı mərc oyun mərkəzinə basqın edib. Basqın yerli vaxtla saat 23:00-a bir neçə dəqiqə qalmış Reinickendorf rayonunda baş verib. Basqına 13 nəfərin qatıldığı bildirilərkən, o zaman 24 yaşında olan və “Cəhənnəm Mələkləri”nin üzvü olan Əli Erdi A. adlı şübhəli Tahir Özbekin arxasınca qaçan üçüncü şəxs olub. Saniyələr sonra A.-nı müşayiət edən silahlı şəxslərdən biri 26 yaşlı Özbekə 6 atəş açaraq onu öldürüb. Xəbərdə Özbekin polisin tanıdığı cinayətkar olduğu bildirilir. 

Əli Erdi A. qətldən sonra Türkiyəyə qaçıb. A.-nın Türkiyədə başqa bir cinayətə görə saxlanıldığını bildirən xəbərə görə, Tahir Özbek qətli ilə bağlı məhkəmə prosesi 2014-cü ilin noyabrında başlayıb. O vaxt 35 yaşında olan Kadir Padirin rəhbərlik etdiyi “Cəhənnəm mələkləri”nin 10 üzvünə qarşı rəsmi ittihamlar irəli sürülüb. 2019-cu ildə yekunlaşan işdə Əli Erdi A.-nın səkkiz “şəriki” qətlə görə ömürlük həbs cəzasına məhkum edilib. Padir də qətlə təhrik etməkdə təqsirli bilinib. Ali Erdi A.-ya qarşı Almaniyada işə qiyabi baxılarkən, şübhəli Türkiyədə saxlanılıb. 

 

 

Orxan

Gununsesi.info