
Məşhur rusiyalı siyasətçi Vladimir Jirinovskinin pasportu hərraca çıxarılıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Liberal Demokrat Partiyasının sabiq rəhbərinin 1992-1997-ci illərdə istifadə etdiyi xarici pasportu Sankt-Peterburqda satılır.
Sənəddə sərhəd xidməti möhürləri, Jirinovskinin şəxsi vizaları və avtoqrafı var. Lotun başlanğıc qiyməti 100 min rubl müəyyən edilib.
Yada salaq ki, qalmaqallı fikirləri ilə yadda qalan partiya lideri 2022-ci ildə dünyasını dəyişib.