
Yaponiya 1999-cu ildən bəri ilk dəfə olaraq Cənubi Koreyadan düyü idxal edib və logistika problemləri ilə daha da dərinləşən düyü böhranını həll edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, logistika problemləri ilə yanaşı düyü qıtlığı, artan qiymətlər və istehlakçı reaksiyaları davam etdikcə, Yaponiya 25 ildən artıq müddətdə ilk dəfə Cənubi Koreyadan düyü idxal edib.
“The Guardian” qəzetinin yazdığına görə, mart ayında son illərdə ilk dəfə Cənubi Koreyadan düyü alan Yaponiya Yaponiyada istehsal olunan düyünün artan qiymətlərini və istehlakçılar arasında artan qəzəbi sakitləşdirmək üçün bu addımı atıb.
Sonuncu dəfə Cənubi Koreyadan 1999-cu ildə düyü idxal edilib. Yaponiyada düyünün qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Bildirilib ki, düyü yüksək gömrük rüsumlarına baxmayaraq Cənubi Koreyadan gətirilib.
Orxan