10 yaşlı uşağı öldürən çinli məhbus edam edilib

  • By Admin2
  • 22 Aprel 2025 11:13

Çində yapon tələbəni öldürən edam məhbusu edam edilib. Çin Xarici İşlər Nazirliyi Yaponiyanın bu ölkədəki səfirliyini edamla bağlı məlumatlandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında Çində 10 yaşlı yapon uşağı bıçaqlayaraq öldürən şəxsin edam edildiyi açıqlanıb.

Yaponiyanın Çindəki səfirliyindən BBC-yə bildiriblər ki , yanvar ayında edam cəzasına məhkum edilən Zhong Changchun-un hökmü icra olunub.  BBC-nin məlumatına görə, hadisə Çinin cənub-şərqindəki Şençjen şəhərində baş verib. Təcavüzkar yapon məktəbinə gedərkən uşağı bıçaqlayıb, nəticədə uşaq həyatını itirib, Çin və Yaponiya arasında diplomatik gərginlik yaranıb.

Yaponiya səfirliyi BBC-yə verdiyi açıqlamada, “Yaponiya hökuməti tamamilə günahsız bir uşağın öldürülməsini bağışlanmaz cinayət kimi qiymətləndirir; biz bu edamı son dərəcə ciddi qəbul edirik” deyib.

Orxan

Gununsesi.info