İlin kişi və qadın idmançıları seçildi - FOTO

  • By Günel
  • 22 Aprel 2025 09:09

Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, dünya rekordçusu olan isveçli Arman Düplantis “Laureus World Sports Awards” versiyası üzrə “İlin kişi idmançısı” mükafatının qalibi olub.

Gununsesi.info gazeta.ru-ya istinadla xəbər verir ki, mükafatların təqdim edilməsi mərasimi aprelin 21-də Madriddə keçirilib.

“İlin qadın idmançısı” mükafatına isə idman gimnastikası üzrə yeddiqat Olimpiya çempionu, 23 qat dünya çempionu olan amerikalı Simona Baylz layiq görülüb.

Qeyd edək ki, “Laureus” nominasiya siyahıları 70-dən çox ölkədən mindən çox idman media orqanının səsverməsi ilə formalaşır.