İsraildə köpək balığı hücumu: - itkin üzgüçünün axtarışları davam edir

  • By Admin2
  • 22 Aprel 2025 16:36

İsrail sahillərində köpək balığının hücumu nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir. Bu, ölkə tarixində ilk ölümcül köpəkbalığı hücumu ola bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin şimal sahillərində “son dərəcə nadir” köpək balığının hücumundan sonra üzgüçü itkin düşüb.

BBC-nin məlumatına görə, hücum Təl-Əvivdən təxminən 40 kilometr şimalda, Hadera sahillərində baş verib. Olqa çimərliyi yaxınlığındakı hücumu görən insanlar şokdan qışqırarkən, bu anların görüntüləri sosial mediada paylaşılıb.

Hadisənin baş verdiyi bölgə ilə bağlı paylaşılan məlumata görə, xüsusilə ilin bu vaxtında yerli elektrik stansiyasının dənizə ilıq su buraxdığı bölgəyə köpək balıqları toplanır.

 

Orxan

Gununsesi.info