
Cənubi Koreyalı futbolçu Hvanq Ui-jo partnyorları ilə cinsi əlaqəni gizli şəkildə lentə aldığı üçün üzr istəyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, prokurorların sözlərinə görə, 31 yaşlı hücumçu 2022-ci ilin iyun-sentyabr ayları arasında dörd dəfə iki partnyoru ilə onların razılığı olmadan cinsi əlaqəni lentə alıb.
Çərşənbə günü Seulda ilk məhkəmə çıxışında Hwang məyusluğa səbəb olduğu üçün dərin təəssüfləndiyini söylədi.
Qeyd edək ki, keçmiş hücumçu keçən ay İngiltərənin “Nottingem Forest” klubundan Türkiyə “Alanyaspor”una keçmişdi.
Orxan Saffari