Harri Potter filminin ulduzu Emma Uotson Türkiyəyə gəlir

Harri Potter serialındakı Hermiona obrazı ilə böyük pərəstişkar toplayan ingilis aktrisa Emma Uotsonun Türkiyəyə gələcəyi iddia edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, iddialara görə, aktrisa İstanbul və Ankaraya gələcək, iki gün boyunca tarixi yerlərə səfər edəcək.

Qeyd edək ki, aktrisasın Türk filmlərindən birində rol alacağı iddiaları da səslənir.