Yeni Zelandiyada güclü zəlzələ

  • By Günel
  • 01 İyun 2025 11:32

Yeni Zelandiyanın şimalında 6 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Geolojin Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, yerli vaxtla 10:21-də (Bakı vaxtı ilə 02:21) qeydə alınmış zəlzələnin episentri Kermadek adaları bölgəsində – Sakit okeanda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi hələlik elan edilməyib.