Xaçmazda 20 yaşlı gənc dəm qazından öldü

  • By Günel
  • 01 İyun 2025 11:04

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb. İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb. A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info