
2020-ci ildən indiyədək 400-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: “Bu minalar Ermənistan Azərbaycan ərazilərini işğal edərkən bilərəkdən və geniş şəkildə yerləşdirib. Bir çox hallarda minalar heç bir hərbi zərurət olmadan – yalnız mülki əhalini hədəfə almaq və köçkün əhalinin öz ata-baba torpaqlarına təhlükəsiz qayıtmasını qəsdən təxirə salmaq üçün qoyulub. Bu kontekstdə minalar kütləvi qırğın silahı kimi fəaliyyət göstərir və ciddi təhlükə yaradır”.