“Sabah” Azərbaycan Kubokunun qalibi olub - VİDEO

“Sabah” klubu tarixində ilk dəfə futbol üzrə Azərbaycan Kubokunun qalibi olub.

Gununsesi.info  xəbər verir ki, Masazır təmsilçisi həlledici oyunda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşü baş hakim İnqilab Məmmədov idarə edib.

Final matçında hesabı “bayquşlar”ın hücumçusu Pavol Şafranko açıb. O, 36-cı dəqiqədən penaltidən fərqlənib.

7 dəqiqə sonra isə nominal ev sahibi komandanın müdafiəçisi Toral Bayramov 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk hissəyə əlavə edilmiş ikinci dəqiqədə Kadi Borgesin qolu ilə hesabı bərabərləşdirib.

57-ci dəqiqədə Şafrankonun yerinə yetirdiyi penaltidən sonra qapıçı Mateuş Koxalski zərbəni dəf edib.

68-cı dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal topu öz qapısına göndərib.

90+6-cı dəqiqədə Kahim Parris hesabda tarazlıq yaradıb.

Bununla da əlavə vaxt oynanılıb.

120-ci dəqiqədə Tellür Mütəllimov “Sabah”ın qələbə qolunu vurub.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub.

***

120-ci dəqiqədə “Sabah” komandasının futbolçusu Tellur Mütəllimov topu Ağdam təmsilçisinin qapısından keçirib.

Bununla da “Sabah” hesabda önə keçib – 3:2.

Qoldan sonra “Qarabağ”ın ehtiyat oyunçular skamyasından baş hakimə etirazlar edilib. Referi futbolçu Yassin Benzia və köməkçi-məşqçi Müşfiq Hüseynova qırmızı vərəqə göstərib.

***

İkinci 15 dəqiqəlik bölümə start verilib.

Hesab bərabərdir – 2:2.

***

90+6-cı dəqiqədə “Sabah” komandasının futbolçusu Kahim Parris cinah ötürməsindən sonra başla topu qapıdan keçirib.

Bununla da hesab bərabərləşib – 2:2.

Qarşılaşmada əlavə vaxt oynanılacaq.

***

İrasabal 68-ci dəqiqədə avtoqol müəllifi oldu: 2-1.

***

Koxalski Şafrankonun 57-ci dəqiqədə penalti zərbəsini dəf etdi.

***

Kadi Borqes ilk hissənin son dəqiqələrində hesabda tarazlıq yaratdı: 1-1.

***

Toral Bayramov 43-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.

***

Şafranko görüşün 36-cı dəqiqəsində penalti zərbəsi ilə “Sabah”ı hesabda önə keçirdi: 0-1.

***

Azərbaycan Kubokunun finalında “Qarabağ” – “Sabah” komandaları üz-üzə gəlir.

Gununsesi.info xəbər verir ki, komandalar qarşılaşmaya aşağıdakı tərkibdə çıxıblar:

“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

“Sabah”: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça.

 

Gununsesi.info