Ermənistanda məktəbə atəş açıldı

  • By Günel
  • 01 İyun 2025 11:58

İrəvandakı Ernst Telman adına 13 saylı məktəbə atəş açılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə mayın 29-da baş verib. Bir neçə sinifin pəncərəsində güllə izləri aşkar olunub.

Xəsarət alan olmayıb.

Gununsesi.info