Bank kartlarından oğurluq halları artıb - Baş Prokurorluq

Son dövrlərdə bank kartlarından oğurluq hallarında artım müşahidə olunur.

Gununsesi.info  xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev sosial şəbəkədə canlı yayımda deyib.

Bildirilib ki, bu kimi hallara qarşı DİN-in Kibercinayətkarlıqla mübarizə idarəsi tərəfindən müvafiq addımlar atılır.

O, vətəndaşları bank kartları ilə bağlı məlumatları məxfi saxlamağa çağırıb: “Ümumiyyətlə, bu tipli cinayətlər vətəndaşların öz ehtiyyatsızılığından da baş verir. Vətəndaşlara öz şəxsi məlmatlarını internetdə paylaşmamağı və telefon proqramlarından “3D secure”-ni aktiv etməyi tövsiyə edirik”.

 

 

Gununsesi.info