Azərbaycan Kuboku: "Qarabağ" - "Sabah" oyununda ikinci hissə başladı - YENİLƏNİR - CANLI

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Sabah” komandaları arasındakı final oyununda ikinci hissə başlayıb.

Gununsesi.info xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir – 1:1.

***19:55

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Sabah” komandaları arasındakı final oyununda ilk yarı başa çatıb.

Gununsesi.info xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

*** 19:50

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Sabah” komandaları arasındakı final oyununda bərabərlik qolu vurulub.

Gununsesi.info xəbər verir ki, 45+1-ci dəqiqədə “Sabah” komandasının cərimə meydançası daxilində Abdullah Zubirdən ötürmə alan Kadi Borges topu uzaq küncə vurub.

Bununla da “Qarabağ” hesabda tarazlıq yaradıb – 1:1

*** 19:47

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Sabah” komandaları arasındakı final oyununda daha bir penalti təyin olunub.

Gununsesi.info xəbər verir ki, 39-cu dəqiqədə “Sabah”ın futbolçusu Ayaz Quliyev “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ayağına zərbə endirib.

Referi yenə VAR-a baxdıqdan sonra penalti təyin edib. Lakin Toral Bayramov bu imkandan yararlana bilməyib. Onun o qədər də qüvvətli olmayan zərbəsini “Sabah”ın qapıçısı Stas Pokatilov tutub.

Hesab “Sabah”ın xeyrinədir – 1:0.

**** 19:39

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Sabah” komandaları arasındakı final oyununda hesab açılıb.

Gununsesi.info xəbər verir ki, 31-ci dəqiqədə Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia Masazır klubunun gənc üzvü Xəyal Əliyevin ayağına təmasını baş hakim İnqilab Məmmədov VAR-a baxdıqdan sonra penalti kimi dəyərləndirib.

Pavol Şafranko 11 metrlik cərimə zərbəsindən yararlanmağı bacarıb.

*** 19:03

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Sabah” komandaları arasındakı final matçı start götürüb.

Gununsesi.info xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Azərbaycan Kuboku

FİNAL

31 may (şənbə)

19:00. “Qarabağ” – “Sabah” – 1:1 (FASİLƏ)

Qollar: Kadi Borges, 45+1 – Pavol Şafranko, 36 (pen.)

İstifadə olunmamış penalti: Toral Bayramov, 43 (“Qarabağ”)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Gununsesi.info