Ukrayna 3 milyard dollarlıq hərbi yardım alacaq

Böyük Britaniya və Ukraynanın müdafiə nazirlikləri, eləcə də Strateji Sənayelər Nazirliyi ERA təşəbbüsü çərçivəsində dondurulmuş Rusiya aktivlərindən əldə olunan artıq mənfəətin Ukrayna üçün silahlanma və texnikanın təmirinə yönəldilməsinə dair layihə sazişi imzalayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna 2025–2026-cı illərdə 3 milyard dollar maliyyə alaq. Vəsait hərbi məhsulların alınmasına, texnikanın təmirinə və beynəlxalq müdafiə layihələrinin icrasına sərf olunacaq.

Nazir müavini Serhiy Boev bu maliyyələşməni Ukraynanın müdafiə hüququnun tanınması kimi qiymətləndirib. Strateji Sənayelər Nazirliyinin müavini David Aloyan isə qeyd edib ki, bu vəsait yerli hərbi sənayenin imkanlarını genişləndirəcək.

Xatırladaq ki, G7 ölkələri Ukraynaya Rusiya aktivlərinin gəliri hesabına 50 milyard dollar kredit ayrılması barədə razılığa gəlib.

Avropa Komissiyası may ayında ERA çərçivəsində Kiyevə 1 milyard avro məbləğində növbəti tranşı ayırıb.

Şəbnəm

Gununsesi.info