Fransanın nüvə sınağı oyunu ifşa olundu: Tədqiqata minlərlə avro xərclədilər

Fransa və İngiltərə mətbuatında dərc olunan sənədlər Fransanın Fransız Polineziyasında nüvə sınaqlarının təsirləri ilə bağlı araşdırmalara qarşı 90 min avroluq kampaniya başlatdığını ortaya çıxarıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın Atom Enerjisi Komissiyası (CEA) 1960 və 1970-ci illərdə Fransız Polineziyasında nüvə sınaqlarının dağıdıcı təsirlərini lazımınca qiymətləndirmədiyini göstərən araşdırmaya qarşı çıxmaq üçün on minlərlə dollar xərcləyib.

Sənədlər Sakit Okean regionunda nüvə sınaqlarının təsirlərini göstərən tədqiqatları gözdən salmaq səylərini və sınaqların qəbul edildiyindən daha çox insanın nüvə çirklənməsinə səbəb olduğunu göstərirdi.

“The Guardian” qəzetinin məlumatına görə, “Disclose” adlı araşdırma platforması sözügedən nüvə sınaqları ilə bağlı parlament araşdırması nəticəsində hazırlanan hesabat dərc edilməmişdən əvvəl sənədləri əldə edib. Le Monde və The Guardian qəzetləri tərəfindən görülən sənədlər CEA-nın nüvə sınaqlarının nəticələrinə dair araşdırmalara qarşı kampaniyasını ortaya qoydu.

Fransanın 1966-1996-cı illər arasında Moruroa və Fanqataufa atolllarında apardığı 193 nüvə sınağından altısı haqqında “Zəhərli” adlı 2021-ci ildə dərc edilmiş kitab, sınaqların Fransanın indiyə qədər qəbul etdiyindən daha çox insanı çirkləndirdiyini irəli sürdü.

Ən son sənədlər göstərirdi ki, kitab çap olunduqdan bir il sonra CEA bu mövzuda hazırladığı kitabçanı 5000 nüsxə çap etdirib. Kitabçanın adı “Fransız Polineziyasında nüvə sınaqları: niyə, necə və hansı nəticələrlə?” və adalarda paylandı.

Orxan

Gununsesi.info