
Cənubi Koreyada hərbi vəziyyətlə bağlı aparılan təhqiqat çərçivəsində keçmiş baş nazir Han Duk-sunun xaricə çıxışı qadağan edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya keçmiş prezident Yun Suk Yeolun dekabr ayında hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində cinayətdə təqsirli bilinən keçmiş baş nazir Han Duk-sunun və keçmiş baş nazirin müavini, maliyyə naziri Çoi Sanq-mokun xaricə səfərlərini qadağan edib.
Yonhap xəbər verir ki, Han, Çoi və keçmiş daxili işlər naziri Li Sanq-min dekabrın 3-də keçmiş prezident Yoon tərəfindən elan edilmiş hərbi vəziyyətə cəhddə rollarına görə ittiham edildikləri işdə dindiriliblər.
Dindirildikdən sonra polis Han və Çoyun xaricə səyahətinə qadağa qoyulduğunu bildirib.
Digər tərəfdən xəbərdə sözügedən qadağanın mayın ortalarında tətbiq olunduğu iddia edilib. Dekabr ayında Linin xaricə səyahətinə qadağa qoyulmuşdu.
Orxan