Fransada 15 yaşdan kiçiklərə hicab qadağası

Fransa prezidenti Emmanuel Makronun İntibah Partiyasının baş katibi və keçmiş baş nazir Qabriel Attalın 15 yaşından kiçik qızlara hicab taxmağı qadağan etmək çağırışı hakim partiyanı iki yeri ayırıb.

Gununsesi.info xəbər verir ki, ötən həftə Fransa hökumətinin göstərişi ilə Fransa kəşfiyyatının “Fransada Müsəlman Qardaşlığı və Siyasi İslam” hesabatını dərc etməsindən sonra ölkədə hicab qadağası yenidən gündəmə gəlib.

“Le Parisien” qəzeti yazıb ki, Attal “siyasi İslam”la mübarizə çərçivəsində 15 yaşından kiçik qızların ictimai yerlərdə hicab taxmasının qadağan edilməsi təklifini irəli sürəcək.

Təhsil naziri Elisabeth Borne bildirib ki, Attalın təklifinin konstitusiyaya uyğunluğu ilə bağlı ciddi şübhələri var.

Dünən paytaxt Parisdə keçirilən tədbirdə çıxış edən Attal azyaşlıları hicab taxmağa məcbur edənlər üçün yeni cinayət tərifinin yaradılmasını təklif edib və qızları bu “dini simvolu” taxmağa məcbur edən valideynlər və ya onların ailə üzvlərinə qarşı cəza tədbirlərinin görülməsini istəyib.

Keçmiş baş nazir Attal da “separatizm”lə mübarizə üçün yeni hüquqi tənzimləmə gözləntilərini ifadə edib.

Bu gün səhər saatlarında BFMTV-də qonaq olan baş nazir Fransua Bayruya hicab qadağası ilə bağlı Attalın təklifi ilə bağlı sual verilib.

Bayrou sələfi Attalın bu təkliflə nə demək istədiyini anlamadığını ifadə edərək bildirib:

“”Bunu necə edəcəksən? Polis küçədə bir qıza “yaşın çatırmı?” və “Mənə şəxsiyyət vəsiqənizi göstərin?” deyəcək?”

Qeyd edək ki, hökumətin göstərişi ilə hazırlanan “Fransada Müsəlman Qardaşlar və Siyasi İslam” adlı hesabatda Fransada 139 ibadət yerinin və bir müddət əvvəl ictimai dəstəyi kəsilən müsəlmanların oxuduğu bəzi özəl məktəblərin Müsəlman Qardaşlar Hərəkatı ilə əlaqəsi olduğu iddia edilir.

Ölkə üzrə 21 məktəbdən 18-nin birbaşa, 3-nün isə dolayısı ilə hərəkata bağlı olduğu iddia edilən hesabatda, Müsəlman Qardaşların Fransa quruluşunu Avropadakı digər strukturlarından fərqləndirən cəhətin təhsil sektoruna üstünlük verməsi olduğu iddia edilib.

Günel Həsənova

Gununsesi.info