
Avropa Komissiyasının dörd porno saytı ilə bağlı araşdırması uşaqların platformalarda effektiv şəkildə müdafiə olunub-olunmamasına yönələcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası Avropa Birliyinin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində dörd onlayn porno platforması ilə bağlı araşdırma aparacağını açıqlayıb.
Bildirilib ki, öz platformalarında uşaqları qoruya bilmədiyi üçün araşdırılacaq saytlar Pornhub, Stripchat, XNXX və XVideosdur.
Euractiv xəbər saytına görə, DSA çərçivəsində aparılacaq araşdırmalar, uşaqların sözügedən platformalarda effektiv şəkildə qorunub-mühafizə olunmamasına yönələcək. Xüsusilə yaş yoxlama sistemlərinin olmaması araşdırma çərçivəsində yoxlanılacaq.
Orxan