Türkiyədə 13 mərtəbəli binadakı yanğında üç nəfər ölüb - YENİLƏNİB

  • By Günel
  • 05 İyun 2025 23:23

Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli binada yanğın nəticəsində üç nəfər ölüb.

Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən bildirilib.

Qeyd olunub ki, ölənlərdən ikisi uşaqdır.

Daha əvvəl 23 nəfərin tüstüdən zəhərləndiyi və onların xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.

Gununsesi.info