Rusiyadan Ukraynaya pilotsuz təyyarə hücumları

  • By Admin2
  • 05 İyun 2025 13:36

Ukrayna rəsmilərinin açıqlamalarına görə, Rusiyanın Piluki və Xarkov şəhərlərinə pilotsuz təyyarələrinin hücumu nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna hakimiyyəti Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) şimaldakı Priluki şəhərinə və ölkənin ikinci ən böyük şəhəri Xarkova hücum etdiyini açıqlayıb. 

Ukrayna rəsmisi bu gün Rusiyanın pilotsuz təyyarələrinin Prilukiyə hücumu nəticəsində 5 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus ölənlər arasında iki qadın və 1 yaşlı uşağın olduğunu açıqlayıb. Chaus Telegram-da altı nəfərin xəstəxanaya aparıldığını açıqlayıb. Qubernator bildirib ki, partlayışlar yaşayış massivindəki evlərə də ziyan vurub. 

Orxan

Gununsesi.info