Tramp 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib

  • By Admin2
  • 05 İyun 2025 12:59

ABŞ prezidenti Tramp Əfqanıstan, Myanma, Çad, Demokratik Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişini tamamilə qadağan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fərmanda həmçinin 7 ölkənin vətəndaşlarına məhdudiyyətlər qoyulub.

Tramp, ilk prezidentlik dövründə 7 ölkə vətəndaşlarının ölkəyə səyahətinə qadağa qoymuşdu.

O, bunu “milli təhlükəsizlik” səbəbiylə etdiyini bildirib.

Trampın sərəncamı etibarlı vizası olanlara və ya ABŞ-də daimi yaşayanlara şamil edilmir.

 

Orxan

Gununsesi.info