Mingəçevirdə qəza - Üç nəfər yaralandı - FOTO

  • By Günel
  • 05 İyun 2025 23:00

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında avtovağzal yaxınlığında olub.

İlkin məlumata görə toy kartejində olan “BMV” qarşıdan gələn “Mitsubishi” ilə toqquşub və daha sonra aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılardan birinin durumu ağır qiymətləndirilir.