
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın sözlərini yalan adlandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Yalandır! Bu qanun layihəsi mənə göstərilməyib və gecə yarısı elə tez qəbul edilib ki, Konqresdə demək olar heç kim onu oxuya bilməyib”, – Mask yazıb.
Xatırladaq ki, daha əvvəl Tramp “vahid, böyük, gözəl qanun layihəsi”ni tənqid edən milyarderdən məyus olduğunu bildirmişdi.