Rusiyanın Voronej vilayətində dəmir yolunda partlayış baş verib

  • By Admin2
  • 05 İyun 2025 16:14

Rusiyanın Voronej vilayətində baş verən partlayış nəticəsində dəmir yolu xətti zədələnib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Voronej vilayətində dəmir yolunda partlayış baş verdiyini bildirib.

FSB-nin açıqlamasında Voronej vilayətində baş verən partlayış nəticəsində dəmir yolu xəttinin zədələndiyi bildirilib.

Açıqlamada hadisə zamanı xəttdə qatarın olduğu qeyd edilib və əlavə edilib: “Partlayış qatar keçmədən baş verib. Mühəndis zədələnmiş ərazini görüb və qatarı dayandırıb. Bu sayədə qatarın zədələnməsinin qarşısı alınıb və insan itkisinin qarşısı alınıb”.

Orxan

Gununsesi.info