
Rusiyanın Xabarovsk şəhərinin yaxınlığında baş verən avtobus qəzası nəticəsində on nəfərdən çox uşaq xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, zooparka hərəkət edən avtobus yolda aşıb. İlkin səbəb kimi əyləc nasazlığı göstərilir. Hadisə nəticəsində nəqliyyat vasitəsi ciddi zədələnib.
Qəzadan sonra xəstəxanaya çatdırılan uşaqların sayı 12-yə çatıb. İki yetkin şəxs də tibb müəssisəsinə çatdırılıb.