
Bir çox insanlar Bakıda cəmi bir əsas hava limanının olduğunu düşünür.
Gununsesi.info xəbər verir ki, əslində, belə deyil, Bakıda “Zabrat hava limanı” adlı bir hava limanımız da var.
Belə ki, Maştağa qəsəbəsindən 5 kilometr kənarda yerləşən “Zabrat hava limanı” 17 ilə yaxındır ki, ictimaiyyətə qapalıdır.
“E” sinifinə aid olan bu hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yollar Dövlət Konserinə məxsus olub.
Elə 2008-ci ildə “Azal” Qapalı Səhmdar Cəmiyyətinə çevrildikdən sonra, “Zabrat hava limanı” Slik Way Holdinq”ə məxsus olan “Silk Way Helicopter Service” şirkətinin tabeliyinə verilib.
Hazırda bu hava limanı helikopter xidmətləri üçün istifadə olunur.
Daha dəqiq, buradakı helikopterlər əsasən neft-qaz sənayesi, Xəzər dənizindəki platformalara personal və yüklərin daşınnası üçün istifadə olunur.
Orxan