
1200 israilli akademik Qəzzaya hücumları dayandırmağa çağıraraq, “İndi, dərhal dayandırılma çağırışı etməsək, tarix bizi bağışlamayacaq” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsraildə 1200-ə yaxın akademikdən ibarət Qara Bayraq hərəkatı İsrail cəmiyyətini Təl-Əviv hökumətinin Qəzzada törətdiyi hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə qarşı çıxmağa çağırıb.
İsrail mediasının məlumatına görə, təxminən 1200 israilli akademik Qəzza zolağına intensiv hücumları dayandırmaq və humanitar fəlakətə son qoymaq üçün hərəkətə keçməyə çağıran məktub imzalayıb.
Məktub Universitetin Prezidentlər Komitəsinə, İctimai Akademik Kollecin Prezidentlər Komitəsinə və Akademik Mübarizə Qərargahına göndərilib.
Orxan