
Dünyanın aparıcı istehlak məhsulları şirkətlərindən biri olan Procter & Gamble (P&G) 7 min işçisini ixtisar edəcək. Şirkətin bəzi markalarını satmağı, məhsul çeşidini daraltmağı və bəzi sahələrdə fəaliyyətini dayandırmağı planlaşdırdığı da öyrənilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şirkət yaxın iki il ərzində ofis işçilərinin təxminən 15 faizinə bərabər olan 7 min nəfəri ixtisar etməyi planlaşdırdığını açıqladı.
“Wall Street” jurnalında yer alan xəbərə görə, şirkət rəsmiləri Parisdə keçirilən konfransda mövzu ilə bağlı açıqlamalar verib. Rəsmilər həmçinin şirkətin bəzi bazarlarda brendlərini satmağı, məhsul çeşidini azaltmağı və müəyyən sahələrdə fəaliyyətini dayandırmağı planlaşdırdığını açıqlayıb.
İllik maliyyə gözləntilərini aşağı salan şirkət aprel ayında da rüblük satışlarda azalma yaşadı. Bu azalma tələbin qeyri-müəyyənliyi və geosiyasi vəziyyətlə əlaqələndirilib.
Gömrük rüsumlarının yaratdığı maliyyə təzyiqini yumşaltmaq üçün şirkət xərcləri azaldacaq, məhsul formullarını yenidən təşkil edəcək və bəzi məhsullar üzrə qiymətləri artıracaq.
Günel Həsənova