
İsrailin turizm naziri Haim Kats və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Avropa Regional Komissiyasının 71-ci iclası çərçivəsində görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Tərəflər turizmlə bağlı məsələləri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı turizm axınının təşviqi yollarını araşdırıblar.