ABŞ Ukraynaya antidron verməkdən imtina etdi

  • By Admin2
  • 05 İyun 2025 11:31

Tramp administrasiyası Ukrayna üçün nəzərdə tutulan antidron texnologiyasını ABŞ ordusuna yönləndirmək qərarına gəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, bu, Pentaqonun Kiyevin müdafiəsi ilə bağlı öhdəliyinin zəiflədiyini göstərir:

“Pentaqon Konqresə Ukraynanın Rusiya dronlarını vurmaq üçün istifadə etdiyi sistemlərin indi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bölmələrinə ayrıldığını bildirib”.

 

Orxan

Gununsesi.info