
NATO-nun baş katibi Rutte ABŞ-ın müdafiə naziri Heqsətlə birgə mətbuata verdiyi açıqlamada NATO-nun bütün məqsədlərini yerinə yetirmək üçün daha çox xərcləməsi lazım olduğuna diqqət çəkib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, NATO-nun müdafiə nazirləri Haaqa Sammiti ərəfəsində alyansın “yeni qabiliyyət hədəfləri” ilə bağlı razılığa gəlmək üçün Belçikanın paytaxtı Brüsseldəki qərargahda görüşdülər .
Toplantıda Türkiyəni təmsil edən Milli Müdafiə naziri Yaşar Gülər NATO üzvü olan ölkələrin müdafiə nazirləri ilə ənənəvi ailə fotosunda iştirak edib.
NATO-nun baş katibi Mark Rutte də iclasın açılış nitqində deyib: “Bu gün biz çəkindirmə gücümüzü və müdafiəmizi güclü saxlamaqla 1 milyard insanımızın təhlükəsizliyini təmin etmək üçün iddialı yeni qabiliyyət hədəfləri toplusunu razılaşdıracağıq”.
Bu hədəflərə çatmaq üçün daha çox xərc tələb olunduğunu vurğulayan Rutte, bugünkü görüşün əsas diqqətinin yalnız hədəflər olacağını və müdafiə xərclərinə dair yeni meyarların 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitdə liderlər tərəfindən müəyyən ediləcəyini bildirib.
İclasda Ukraynanın müdafiə naziri Rustem Umerov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edir.
Rutte yeni qabiliyyət hədəfləri arasında “havadan müdafiə sistemləri, manevr edə bilən quru elementləri, uzaq mənzilli raketlər, komanda və idarəetmə sistemləri”ni qeyd edir. O bildirir ki, bu hədəflərə nail olmaq üçün müdafiə xərclərinin yeni hədəfi ümumi daxili məhsulun (ÜDM) 3 faizindən yuxarı olmalıdır.
Orxan