Azərbaycanda bayram namazı qılındı - FOTO

  • By Günel
  • 06 İyun 2025 08:01

Azərbaycan məscidlərində Qurban bayramı namazı qılınıb.

Gununsesi.info xəbər verir ki, insanlar səhər saatlarından ibadət ocaqlarına üz tutub, namaz qılıb, kəsilən qurbanların qəbul olunması üçün dualar oxuyublar.

Bakının Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlayıb. Burada namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Oxunan xütbələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birini bayram münasibətlə təbrik ediblər.

Bu gün səhər saatlarında paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərdə, eləcə də, işğaldan azad olunmuş ərazilərdə bərpa edilmiş ibadət ocaqlarında bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar iyunun 6-sı və 7-si Azərbaycanda qeyri-iş günüdür.