Kaktuslar necə susuz qala bilirlər?

  • By Admin2
  • 05 İyun 2025 13:07

Növdən və şəraitdən asılı olaraq, kaktuslar su olmadan bir neçə həftədən bir neçə aya qədər susuz qala bilirlər.

Gununsesi.info xəbər verir ki, bu bitkinin yarpaqları funksiyasını üzərindəki tikanları yerinə yetirir.

Fakt budur ki, yarpaqların su balansını qorumaq üçün kifayət qədər çox miqdarda suya ehtiyacı var. Lakin kiçik iynələr buna ehtiyac duymur.

Kaktusların kök sistemi də olduqca genişdir. Amma dərində yox, səthdədir. Birinci, bu, bitkini yerdə möhkəm tutur. İkincisi, bunun sayəsində köklər səhralarda nadir olan yağıntıları buxarlanmağa imkan vermədən dərhal qəbul edir.

Bütün bitkilərin yarpaqlarında karbon dioksidi udmağa imkan verən kiçik məsamələr olur. Hər dəfə bu məsamələr açıldıqda bitki müəyyən miqdarda su itirir.

Suya qənaət etmək üçün kaktuslar gündüz saatlarında bu məsamələri bağlayırlar.

Orxan Saffari

Gununsesi.info