Ukraynaya dron və raket hücumu - 4 ölü, 20 yaralı

  • By Günel
  • 06 İyun 2025 08:36

Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində şəhərdə böyük dağıntılar baş verib.

Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko hücum nəticəsində 4 nəfərin öldüyünü, 20 nəfərin xəsarət aldığını açıqlayıb.

Xəsarət alanlardan 16 nəfəri xəstəxanaya yerləşdirilib.

Paytaxtda mülki infrastruktur obyektləri, yaşayış evləri, avtomobillər, həmçinin Darnitsya və Levoberejnaya stansiyaları arasındakı metro yolları zədələnib.

Rusiya gecə ərzində Lutsk şəhərinə də zərbələr endirib. Şəhərdə xəsarət alanların olduğu, dağıntıların baş verdiyi bildirilir.

Gununsesi.info