Nəsimidə 2 kiloqrama yaxın heroin aşkarlandı

  • By Günel
  • 05 İyun 2025 20:19

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.