
İsrail Qəzzaya son hücumlarında 12 fələstinlini öldürüb. Ordudan verilən açıqlamada, Qəzzada iki israilli məhbusun cəsədinin tapıldığı bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına son hücumları nəticəsində uşaqlar da daxil olmaqla 12 fələstinlinin həlak olduğu bildirilir . İsrail ordusu bu gün Qəzza zolağında iki israilli əsirinin cəsədini tapdığını açıqlayıb.
İsrail Qəzza zolağının müxtəlif yerlərində məcburi köçkün fələstinliləri saxlayan evlərə, binalara və çadırlara zərbələr endirməkdə davam edir.
Xəstəxana mənbələrindən alınan məlumata görə, İsrailin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərinin qərbindəki Benna çörək zavodu yaxınlığındakı bir evə təşkil etdiyi hava zərbəsi nəticəsində bir qız ölüb, digərləri isə yaralanıb.
Şahidlərin bildirdiyinə görə, İsrail artilleriya bölmələri Qəzza zolağının mərkəzində Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında yerləşən Maqraka qəsəbəsini atəşə tutub.
İsrail ordusunun Xan Yunisin şimalındakı Asda bölgəsində yaxınlıqdakı köçkünlərin yaşadığı çadırı vurması nəticəsində 6 fələstinli həyatını itirib.
Orxan