
ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası həbsdə olan müxalifət fəallarından Tofiq Yaqublunun sağlamlıq vəziyyətinin kritik olduğunu bildirərək onun dərhal azadlığa buraxılmasına çağırıb
Gununsesi.info xəbər verir ki, bu barədə komissiyanın X sosial media hesabında paylaşım edilib.
“Müxalifət lideri Tofiq Yaqublu aclıq aksiyasını dayandırsa da, sağlıq durumu ağır olaraq qalır. Azərbaycan hökuməti həbsdə olduğu müddətcə ona lazımi tibbi yardım göstərməklə onun salamatlığına təminat verməlidir. O, dərhal və qeyd-şərtsiz azad edilməlidir”, – paylaşımda vurğulanıb.
T.Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən başladığı aclıq aksiyasını səhhəti kəskin pisləşəndən sonra qızının xahişi ilə mayın 10-da dayandırıb.