
Vaşinqton, 7 may 2025 – ABŞ Prezidenti Donald Tramp mayın 8-də və ya 9-da Ağ Evdə Kanadanın yeni seçilmiş Baş naziri Mark Karni ilə keçiriləcək görüş zamanı “son illərin ən mühüm elanlarından birini” verəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu elan “çox vacib bir mövzuya” aiddir və ümumilikdə müsbət xarakter daşıyacaq.
Gununsesi.info xəbər verir ki,Tramp bu açıqlamanı YouTube-da yayımlanan çıxışı zamanı səsləndirib.
Məlumata görə, Tramp konkret hansı mövzu barədə açıqlama verəcəyini bildirməyib, lakin görüşün ABŞ və Kanada arasında münasibətlərə yeni nəfəs verəcəyinə ümid etdiyini ifadə edib.
Qeyd edək ki, əvvəlki açıqlamalarda Tramp, Kanada ilə dostluq münasibətlərinin möhkəmləndiriləcəyinə inamını ifadə edib, həmçinin Baş nazir Mark Karnini son parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edərək, onun verdiyi töhfələrə zarafatyana toxunub.
Şəbnəm