
TikTok idarəçilərinin 13 yaşından kiçik uşaqların tətbiqdən istifadə etdiyini bildiyi və bunun uşaqlar üçün zərərli təsirinin olduğu iddiaları ortaya atılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə sənədləri TikTok-un gənc istifadəçilərin yuxu rejiminə və sağlamlığına mənfi təsir etdiyini göstərib.
New York Post qəzetindəki xəbərə görə, Kentukki Baş prokuroru Russell Coleman tərəfindən aparılan araşdırmadan əldə edilən yeni sənədlər, TikTok-un 13 yaşdan kiçik uşaqların tətbiqdən istifadə etdiyindən xəbərdar olduğunu irəli sürüb.
İddiada azyaşlı qızların canlı yayımlarda əxlaqsız davranışlar sərgilədikləri bildirilib.
Smartfonu olan gənclərin 95 faizinin TikTok-da olduğu ortaya çıxsa da, platformanın “yetəri yuxu, ya da məktəb məsuliyyətləri və sevdikləri ilə əlaqə qurmaq kimi şəxsi məsuliyyətlərə müdaxilə etdiyinin” fərqində olduğu sənədlərdə yer alıb.
Günel Həssənova
Gununsesi.info