Rusiyada bu xidmət qadağan oluna bilər

Dövlət Duması və FSB Beynəlxalq Rabitə Akademiyasının (IAC) Amerikanın Ookla şirkətinin İnternet sürətinin ölçülməsi üzrə SpeedTest xidmətinin Rusiyada qadağan edilməsi təklifini dəstəkləyib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

IAS prezidenti Anastasiya Ositis hesab edir ki, Ookla bütün dünyada rabitə şəbəkələrinin sınaq monitorinqi sistemi yaradan ABŞ kəşfiyyat agentlikləri ilə sıx əlaqədə işləyir.

Onun fikrincə, SpeedTest istənilən ölkədə informasiya resurslarına qarşı kiberhücumların təşkili üçün istifadə oluna bilən məlumatları toplamağa imkan verir: “Bu, SWIFT-in bank sektorunda olduğu kimi, İKT sektorunda müstəmləkə asılılığının təşkili üçün eyni mexanizmdir”.

Dövlət Duması bəyan edib ki, xarici analoqlar da təhlükəlidir və dövlət qurumlarının onlara qarşı iddiaları ola bilər, ona görə də Rusiya xidmətlərindən istifadə etmək məqsədəuyğundur.

 

 

Gununsesi.info